Amerikanın çip istehsaçısı “Nvidia” son altı həftə ərzində 750 milyard dollar dəyər itirib. “Financial Times” xəbər verir ki, onun səhmlərinin dəyəri iyulun 30-da keçirilən ticarət sessiyasının sonunda 7% ucuzlaşıb.

Qəzet bildirir ki, çip istehsalçısının səhmləri keçən ay qısa müddət ərzində dünyanın ən dəyərli şirkəti olduqdan sonra 20%-dən çox ucuzlaşıb.

2024-cü ilin iyun ayının əvvəlində məlum olub ki, “Nvidia” tarixdə bazar kapitallaşması 3 trilyon dollara çatan ilk texnologiya şirkəti olub. Sonuncu dəfə şirkət 2002-ci ildə, ilk iPhone-un buraxılmasından beş il əvvəl “Apple”ı geridə qoyub. Onda hər iki şirkətin kapitallaşması təxminən 10 milyard dollar təşkil edib.