Bu ilin ikinci rübündə dünya bazarlarında qızılın orta qiyməti illik müqayisədə 18% artaraq bir troya unsiya üçün 2 338 ABŞ dolları təşkil edib.

Bu barədə “APA-Economics” Ümumdünya Qızıl Şurasının (World Gold Council, WGC) hesabatına istinadən xəbər verir.

Bununla belə, bu ilin birinci rübü ilə müqayisədə ikinci rübdə qızılın orta qiyməti 13% artıb.