“Türk Hava Yolları”nın (THY) bütün təyyarələrində ödənişsiz və limitsiz internet xidməti fəaliyyətə başlayır. Bununla bağlı THY ilə Türkiyənin rabitə operatoru “Türksat” şirkəti arasında müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Nazir aviaşirkətin hava gəmilərində internet xidmətinin “Türksat”ın peykləri vasitəsilə təmin ediləcəyini deyib.