Böyük Britaniyanın ən böyük dəmir yolu şirkəti olan “Govia Thameslink Railway” (GTR) sərnişinlərə genişmiqyaslı İT problemləri səbəbiylə nasazlıqların gözlənilməsi barədə xəbərdarlıq edib.

APA-Economics” xəbər verir ki, bu barədə “Govia Thameslink Railway” (GTR) – “Southern”, “Thameslink”, “Gatwick Express” və “Great Northern”-in ana şirkəti – brendlərin sosial media hesablarında xəbərdarlıq edib.

“Hazırda bütün şəbəkəmizdə genişmiqyaslı İT problemləri ilə qarşılaşırıq. İT komandalarımız problemin kökünü müəyyən etmək üçün fəal şəkildə araşdırma aparır”, – paylaşımda qeyd olunub.