Xaricdə işləyən rumınlar ölkə iqtisadiyyatına ən böyük sərmayə qoyurlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniya Milli Bankının apardığı yeni araşdırmada deyilir.

Araşdırmaya görə, 2023-cü ildə diaspor tərəfindən göndərilən pul köçürmələri rekord həddə – 6,5 milyard avroya çatıb. Rumıniyanın ÜDM-nin 2 faizinə bərabər olan bu məbləğ birbaşa xarici investisiyaların ümumi dəyərindən bir qədər yüksəkdir.

Diaspor tərəfindən göndərilən pul köçürmələri leyi (milli valyuta) dəstəkləməyə və cari hesab kəsirini örtməyə kömək edən daimi xarici valyuta mənbəyinə çevrilib.

1,5 milyard avro ilə Böyük Britaniya Rumıniyaya pul köçürmələrinin əsas mənbə ölkəsi olaraq qalır. İkinci yerdə 1,4 milyard avro ilə Almaniya, üçüncü yerdə İtaliya və İspaniya qərarlaşıb.