Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə 17,8 milyon manat vəsait daxil olub.
“APA-Economics” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 11,3% çoxdur.
Hesabat dövründə dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar qeyri-neft/qaz sektoru üzrə daxilolmaların 0,2%-ni təşkil edib.