“X” sosial şəbəkəsi (keçmiş “Twitter”) platformanın istifadəçilərinə yazılara fərdi şərhləri bəyənməmək imkanı verəcək yeni funksiyanı sınaqdan keçirir. Bəyənmədiyiniz şərhlər sınmış ürək şəklində xüsusi simvolla qeyd olunacaq.

Şəbəkə 2021-ci ildən “dislike” funksiyasını sınaqdan keçirir. Lakin İlon Mask “Twitter”i satın aldıqdan və sonradan onun adını “X” qoyduqdann sonra bəyənməmə funksiyasının statusu barədə məlumat verilməyib.

“Techcrunch”ın məlumatına görə, hazırkı formada yalnız şərhləri bəyənməmək mümkün olacaq. Əsas sosial şəbəkələr arasında yalnız “TikTok”da bəyənməmək düyməsi var. 2018-ci ildə “Meta” bəyənməmək funksiyasını sınaqdan keçirib, lakin tətbiq etməyib.