“Tiffany & Co.” füsunkar zərgərlik kolleksiyası “Blue Book 2024: Tiffany Céleste”nin ən yeni nümunələrini təqdim edib. “Blue Book 2024: Tiffany Céleste” markaya monumental miras qoyan fransız zərgərlik dizayneri Jean Schlumbergerin kainatının sirləri ilə sərhədsiz təxəyyül və valehediciliyi qeyd edir. Bu kolleksiya Schlumbergerin günəş, ay, ulduzlar, uzaq qalaktikalar və fantaziya dünyalarına dair simvolik şərhlərini uyğunlaşdıraraq konsepsiyaları yenidən ixtira edir. İlin əvvəlində nümayiş olunan yaz təqdimatında o, altı ayrı bölməyə bölünüb: “Wings” (Qanadlar), “Arrow” (Ox), “Constellation” (Bürc), “Iconic Star” (İkonik Ulduz), “Ray of Light” (İşıq Şüası) və “Apollon”. Zərgərlik evi indiki yay iterasiyasını isə “Peacock” (Tovuzquşu), “Shooting Star” (Axan Ulduz) və “Flames” (Alovlar) adlı üç bölmə ilə təqdim edir.

  

  

“Tiffany & Co.” brendinin zərgərlik üzrə baş bədii direktoru Verdeille izah edir: ““Tiffany Céleste” sonsuz təxəyyülü olan və şəxsi dünyalarında kosmik varlıq axtaranlar üçün gözəl parçalar təklif edir. O, göz oxşayan formaları, şəkilləri yan-yana qoyur və sonra onları gözəl əsərlərə çevirir”.

  

Kral ailəsinin mifoloji əhəmiyyətinə hörmət əlaməti olaraq, tovuzquşu mövzusu heyvanın heyrətamiz parlaq lələklərindən ilhamlanan yaradıcılığı nümayiş etdirir. Məlumdur ki, tovuzquşunun rəngarəng tükləri müşahidəçidə heyranlıq yaradır. Tanzanit, yaşıl turmalin və almaz kimi canlı daşlar, şübhəsiz ki, gözdə oxşar təsir yaradır. Bu bölmədəki diqqətəlayiq boyunbağıda ümumi çəkisi 108 karatdan, “Peacock” broşunda isə 13 karatdan çox tanzanit nümayiş etdirilir.

Kolleksiyanın “Shooting Star” bölməsi Jean Schlumbergerin “Tiffany & Co.” dizaynlarının arxivini bir araya gətirir. “Shooting Star” dizaynı cəmi 78 karatdan çox olan ametistlərdən ibarət brilyant boyunbağı dəsti kimi seçilir.

  

Schlumbergerin günəş şüalarını xatırladan “Flames” bölməsi göz oxşayan almaz əsaslı dizaynlardan ibarətdir. Platin və 18 karat sarı qızıldan hazırlanmış boyunbağında cəmi 53 karatdan çox almaz var. Bundan əlavə, bir cüt “Flame” sırğaları ağ brilyant vurğu ilə əhatə olunmuş iki qiymətli daşdan ibarətdir.

  

Bir-birindən füsunkar yüksək zərgərlik nümunələrindən ibarət “Blue Book 2024: Tiffany Céleste” kolleksiyasının yay buraxılışı Monakoda təntənəli tədbirlə təqdim edilib. Bu tədbirdə brend nümayəndələri, VIP müştərilər və digər xüsusi qonaqlar iştirak edib. Həmçinin “Tiffany & Co.” brendinin ölkəmizdəki brend və mağaza meneceri də bu özəl gecədə iştirak edənlər arasında olub. Tədbiri misilsiz parçaların nümayişindən sonra musiqi qruplarının çıxışı müşayiət edib.