Qlobal smartfon tədarükü dördüncü rüb ardıcıl olaraq artıb. Aprel-iyun aylarında bu göstərici 6.5% artaraq 285.4 milyon cihaz təşkil edib.

Dünyanın ən böyük beş smartfon istehsalçısı (“Samsung”, “Apple”, “Xiaomi”, “Vivo” və OPPO) ötən illə müqayisədə artım nümayiş etdirməkdə davam edir. “Apple” və “Samsung” satış liderləri olaraq qalır.

Eyni zamanda, rəqabət yaratmağa çalışan Çin istehsalçıları aşağı qiymət seqmentində tədarükləri artırır. Bunun fonunda orta səviyyəli cihazların statusu sual altındadır, bazar ekspertləri deyirlər.