Milyarder İlon Maskın “SpaceX” şirkəti tender təklifi elan etmək niyyətindədir.

“SpaceX” səhmlərini əməkdaşlarına və digər insayderlərə 112 dollardan satacaq.

Təklifə görə, şirkət 210 milyard dollar dəyərində qiymətləndiriləcək ki, bu da özəl ABŞ şirkəti üçün rekord məbləğdir.

Proqnozlaşdırılan qiymət investorlar tərəfindən böyük maraqla qarşılanıb və ilkin gözləntiləri üstələyib. Tender təklifinin şərtləri tam olaraq müəyyən olunmayıb və dəyişdirilə bilər.