Bu ilin yanvar – iyun aylarında Azərbaycandan təxminən Avropaya 6,4 mlrd. mlrd. kubmetr qaz ixrac olunub.

APA-Economics” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Məlumata görə, hesabat dövründə Türkiyəyə 5 mlrd. kubmetr, Gürcüstana isə 1,3 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la kəməri vasitrəsilə Türkiyəyə 2,8 mlrd. kubmetr qaz nəql edilib.

“Bu ilin 6 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6% çoxdur”, – paylaşımda qeyd olunub.