Çin ilə Avropa ölkələri arasında yük qatarı səfərləri bu il 10 mini ötüb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hazırda Çin-Avropa yük qatarı xidməti Avropanın 25 ölkəsinin 224 şəhərinə çatır. Xidmət Asiyanın 11 ölkəsinin 100-dən çox şəhərini birləşdirir.

Məlumatda bildirilir ki, iyunun 15-dən etibarən Çin-Avropa yük qatarlarının təyin olunmuş cədvəli üzrə hərəkət tezliyi həftədə 5 qatardan 17-yə yüksəlib.