“Microsoft” şirkəti sentyabr ayından etibarən Çindəki işçilərinə iş üçün “Android” telefonlarından istifadə etməyi qadağan edəcək.
Trend-in məlumatına görə, şirkət bütün işçilərinə “iPhone 15” hədiyyə edəcək.
“Apple”ın tətbiq mağazası Çində mövcud olmadığı üçün “iPhone”a keçən bütün işçilər “Microsoft Authenticator” şifr meneceri və “Identity Pass” proqramından istifadə edəcəklər.
“Microsoft”un Çində “Android”dən “iOS”a keçmək qərarı, kibertəhlükəsizlik standartlarını əsaslı bərpa etmək üçün 2023-cü ilin noyabrında təsis etdiyi təhlükəsiz gələcək təşəbbüsünün bir hissəsidir.
Qeyd edək ki, bu siyasətə baxmayaraq, rus hakerləri bu ilin əvvəlində “Microsoft”un korporativ e-poçt sistemlərini ələ keçiriblər. Kibertəhlükəsizlik firması fevral ayında “Azure bulud” serverində “Microsoft”un daxili məlumatlarına şifr olmadan daxil ola bilib.