Dünyanın aparıcı çip istehsalçısı “Samsung Electronics” kompaniyasının minlərlə işçi miqyaslı tətilə başlayıb.

AZƏRTAC xəbər verir ki, həmkarlar ittifaqı kompaniyanın 28 min əməkdaşını bazar ertəsindən başlayan və üç gün davam edəcək tətilə çağırıb.

Hazırda kompaniyanın rəhbərliyi və həmkarlar ittifaqı arasında əməkhaqlarının artırılması və mükafatlar barədə danışıqlar aparılır. “Samsung Electronics” işçilərinə 5,1 faizlik əməkhaqqı artımı təklif etsə də, həmkarlar ittifaqı bununla razılaşmır.

Qeyd edək ki, “Samsung Electronics” dünyanın ən böyük elektronika şirkətlərindən və smartfon istehsalçılarından biridir. Qrup, həmçinin süni intellekt üçün çiplərin istehsalı ilə də məşğul olur.