Özbəkistanın Proqram Məhsulları və İnformasiya Texnologiyaları Texnoloji Parkının (İT Park) nəzdində “Enterprise Uzbekistan” Beynəlxalq Rəqəmsal Texnologiyalar Mərkəzi yaradılacaq ki, burada qlobal texnoloji nəhənglər xüsusi hüquqi tənzimləmə şəraitində işləyə biləcəklər.

AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, “Ernst & Young” beynəlxalq konsaltinq şirkəti mərkəz üçün “tənzimləyici mühit” yaradacaq.

“IT Park Uzbekistan” və şirkət arasında imzalanmış sazişə əsasən, layihənin məqsədi “Enterprise Uzbekistan” Beynəlxalq Rəqəmsal Texnologiyalar Mərkəzinin fəaliyyətinə inteqrasiya olunacaq xüsusi hüquqi rejimin işlənib hazırlanması, həyata keçirilməsi və dəstəklənməsi, gələcəkdə isə Özbəkistanı informasiya texnologiyalarının inkişafı mərkəzinə çevirməkdir. Bu təşəbbüs həm də informasiya texnologiyalarının ixrac potensialını artırılması və ölkəyə investisiyanın cəlb edilməsinə yönəlib.