Finlandiyanın “Nokia Corp” şirkəti optik telekommunikasiya avadanlıqlarının istehsalçısı “Infinera Corp”u 2.3 milyard dollara alır.

“Nokia”nın press-relizində deyildiyi kimi, müqavilə çərçivəsində “Infinera”nın bir səhmi 6.65 dollar dəyərində qiymətləndirilib. Bu, onların çərşənbə günü bağlanış qiymətindən 28% və son 180 gündə orta çəkili qiymətindən 37% yüksəkdir.

“Nokia” məbləğin ən azı 70%-ni nağd şəkildə ödəyəcək. “Infinera”nın kapitallaşması bu ilin əvvəlindən 10.7% (1.23 milyard dollara qədər), “Nasdaq Composite” fond indeksi isə 19% artıb.