Bosch ağ əşya istehsalçısı Whirlpool-a alış təklifi etməyi düşünür.

Almaniynın mühəndislik qrupu Robert Bosch GmbH, məişət və camaşırxana texnikası bazarındakı mövqeyini gücləndirəcək bir addım olaraq, ABŞ-ın məişət əşyaları istehsalçısı Whirlpool-u almaq üçün təklif verməyi nəzərdən keçirir.

Bu barədə Marja.az Reuters-ə istinadən xəbər verir.

Məsələ ilə bağlı məlumatı olan üç mənbədən biri, Bosch-un bazar dəyəri təxminən 4,8 milyard dollar olan Whirlpool-a alış təklifi vermək üçün məsləhətçilərlə danışıqlar apardığını, lakin təklifin edilib-edilməyəcəyinin dəqiq olmadığını bildirib.

Son illərdə yenidən strukturlaşma prosesindən keçən Whirlpool, Avropadakı biznesini Arçelik tərəfindən idarə edilən yeni bir şirkətə ötürmüş, Yaxın Şərq və Afrikadakı əməliyyatlarını isə dayandırmışdır.

Xəbərin ardından Whirlpool səhmləri 14%, Arçelik səhmləri isə 2%-dən çox bahalaşıb.