Şəbəkə və telekommunikasiya avadanlıqlarının istehsalı, eləcə də kompüter şəbəkələrinin idarə edilməsi üçün proqram təminatının hazırlanması üzrə ixtisaslaşmış Amerika şirkəti “Cisco Systems” (CSCO) süni intellekt (AI) sahəsində xidmətləri inkişaf etdirən startaplara 1 milyard dollar sərmayə qoymağı planlaşdırır. Bu, şirkətin süni intellekt texnologiyası bazarında iştirakını artırmaq strategiyasının bir hissəsi kimi addımlarından biri olacaq.

“Cisco Live” konfransında şirkət “Mistral AI”, “Scale AI Inc” kimi AI startaplarına sərmayə qoyaraq artıq bu seqmentə təxminən 200 milyon dollar sərmayə qoyduğunu bildirib.

“Cisco”nun strategiya üzrə direktoru Mark Pattersonun qeyd etdiyi kimi, şirkət təkcə süni intellektlə işləyən startaplara investisiya qoymaq deyil, həm də onlarla birgə işçi qrupları yaratmaq niyyətindədir.

“Cisco” süni intellektə, o cümlədən daxili tədqiqat və inkişaf layihələrinə böyük sərmayə qoyur. Şirkət artıq yeddi əsas alışı və 11 investisiyanı tamamlayıb.