Məşhur “Tetris” oyununun 40 yaşı tamam olub.

“Report” xəbər verir ki, 1984-cü ildə sovet proqramçısı Aleksey Pajitnov “Tetris”i “Электроника-60” sovet kompüterindən istifadə etməklə yaradıb.

Sonra o, dost-tanışları ilə oyunun kodunu bölüşüb, onlar da proqramı IBM kompyuterində saxlamaq üçün adaptasiya ediblər. Nəticədə oyun çox qısa bir vaxt ərzində bütün keçmiş SSRİ və Şərqi Avropa ölkələrinə yayılaraq böyük məşhurluq qazanıb.

1986-cı ildə “Tetris” Qərbdə yayılmağa başlayıb. Burada yerli proqramçılar “Apple II” və “Commodore 64” kompüterləri üçün oyunun versiyalarını yaradıblar.