Böyük Britaniyada kral III Çarlzın təsviri olan əsginaslar dövriyyəyə buraxılıb. Onlar II Yelizavetanın təsviri olan əsginaslarla birlikdə dövriyyədə olacaq.

İngiltərə Bankı aydınlaşdırıb ki, III Çarlzın təsviri olan əsginaslar tədricən köhnəlmiş əsginasları əvəz edəcək və mövcud nağd pulların yeniləri ilə dəyişdirilməsinə ehtiyac yoxdur. Bununla belə, hakimiyyət yeni əsginas almaq istəyənlərə iyunun 30-dək köhnələrini dəyişməyə icazə verib. Lakin burada müəyyən məhdudiyyətlə var. Məsələn, bir şəxs 300 funt sterlinqdən çox pul dəyişə bilməz.