Bu ilin ilk beş ayı ərzində Türkiyənin məşhur turizm şəhərlərindən olan Antalyanı 3 milyon 959 min 267 turist ziyarət edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 16,26 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.
Qeyd edilib ki, cari ilin yanvar-may ayları ərzində Antalyaya ən çox turist Rusiya, Almaniya və İngiltərədən gəlib.
Nazir ötən ay şəhərə gələn turist sayının 2023-cü ilin may ayı ilə müqayisədə 18,72 faiz artaraq 1 milyon 892 min 302 nəfərə çatdığını deyib.