“Toyota” da daxil olmaqla, Yaponiyanın iri avtomobil istehsalçılarının baş ofislərində istehsalatda mümkün pozuntularla bağlı axtarışlar aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo informasiya agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, axtarışlar ən azı beş Yaponiya avtomobil istehsalçısının, o cümlədən “Toyota” və “Mazda” konsernlərinin mənzil-qərargahlarında aparılır. Nəqliyyat Nazirliyi bu iki şirkətə nəqliyyat vasitələrinin daşınmasını dayandırmaq göstərişi verib.

“Toyota” hadisə ilə bağlı gün ərzində təcili mətbuat konfransı keçirəcəyini açıqlayıb.