“Saudi Aramco” “Gas & Oil Pakistan” şirkətinin 40 faizlik payının alınması prosesini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Business Recorder” qəzeti “Saudi Aramco”nun mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.

“Gas & Oil Pakistan” Pakistanda neft məhsullarının ən böyük distribyutorlarından biridir və ölkə üzrə benzin, dizel yanacağı və yanacaq-sürtkü materialları satan 1200-dən çox pərakəndə satış məntəqəsi şəbəkəsinə malikdir.

“Saudi Aramco” ilə “Gas & Oil Pakistan” arasında səhmləri almaq üçün müqavilə 2023-cü ilin dekabrında imzalanıb. 2024-cü ilin aprelində müqavilə Pakistan Rəqabət Komissiyası tərəfindən təsdiqlənib.