Yaponiyanın “Hitachi” şirkəti və “Amerika Google”un törəmə müəssisəsi olan “Google Cloud” süni intellekt (AI) sahəsində strateji tərəfdaşlıq sazişi imzalayıblar.

AZƏRTAC şirkətlərin birgə press-relizinə istinadla xəbər verir ki, uzunmüddətli əməkdaşlıq çərçivəsində “Hitachi” şirkəti “Gemini” AI modeli, “Vertex AI” bulud proqramlaşdırma interfeysi (API) və digər Google həlləri vasitəsilə şirkətlərə sənaye problemlərini həll etməyə kömək edən yeni biznes vahidi yaradacaq.

Yapon konqlomeratı “Google Cloud” şirkətinin süni intellekt texnologiyasından öz məhsul və xidmətlərində də istifadə edəcək. “Hitachi” şirkəti bu ortaqlığın daha çox əsas rəqəmsal biznes sahəsi olan “Lamoda”nın sürətli inkişafına rəvac verəcəyinə ümid edir.