Bu ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta yığımlarının həcmi 542,8 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,1% çoxdur.
“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Hesabat dövründə sığorta şirkətləri 209,6 milyon manat sığorta ödənişi edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 56% çoxdur. Sığorta şirkətləri ötən ilin ilk dörd ayında 134,6 milyon manat sığorta ödənişi həyata keçirib.
Bu ilin ilk dörd ayında sığorta bazarının zərərliliyi (ödəniş-yığım nisbəti) 28,8%-dən 38,6%-ə yüksəlib.