Dünya bazarında qızılın qiyməti tarixi rekordu yeniləyib.
APA-nın məlumatına görə, son nəticələrə əsasən, 1 unsiya və ya 31 qram qızılın qiyməti 0,29 faiz artaraq 2285,07 dollar təşkil edib.
Ekspertlər bunu əsasən investorların öz kapitalını Yaxın Şərqdəki müharibənin yarada biləcəyi risklərdən və ABŞ iqtisadiyyatındakı mümkün çalxalanmadan qorumaq istəyi ilə əlaqələndirir. Bildirirlər ki, bahalaşma tendensiyası 2024-cü ilin sonunadək davam edəcək.
Yaranmış vəziyyətə təsir edən faktorlardan biri də Federal Ehtiyat Sisteminin yaxın vaxtlarda pul-kredit siyasətini yumşalda biləcəyi haqqında proqnozlardır.