Yaponiya hökuməti yanvarın 1-də baş verən güclü zəlzələ nəticəsində xeyli ziyan görmüş Noto bölgəsinin bərpasının maliyyələşdirilməsi üçün 2 lotereyanın satışına başlayır.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin buraxdığı lotereyaların satışından 4 milyard yen (təxminən 26,5 milyon ABŞ dolları) vəsait yığılacağı gözlənilir. Nazir Matsumoto Takeaki əhalini lotereyaları almağa, bununla da Noto bölgəsinin bərpasına dəstək olmağa çağırıb.
Onlayn “QuickOne” lotereyasının satışına aprelin 1-də, “Dream Jumbo” lotereyasının satışına isə mayın 8-dən başlanılacaq.
Qeyd edək ki, yanvarın 1-də Noto yarımadasında baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində 230-dan çox insan ölüb, 43 mindən çox ev dağılıb, infrastruktura ciddi ziyan dəyib.