Azərbaycana pul köçürmələrinin əsas hissəsi Rusiyanın payına düşür.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov media brifinqində deyib.
“Azərbaycana ən çox pul köçürən 5 ölkə siyahısına Rusiya (1,047 milyard dollar), Türkiyə (164 milyon dollar), ABŞ (73,8 milyon dollar), Gürcüstan (37,5 milyon dollar) və Böyük Britaniya (33,2 milyon dollar) daxildir.