JPMorgan, Rusiyanın neft hasilatını azaltmasından sonra bu il Brent markalı neftin qiymətinin 100 dollara çata biləcəyini proqnozlaşdırıb.
Qlobal maliyyə xidmətləri şirkəti “JPMorgan” Brent markalı neftin qiymətilə bağlı xəbərdarlıq edib.
JPMorgan bildirib ki, Rusiyanın hasilatı azaltmaq qərarı digər ölkələrin tədbirləri ilə balanslaşdırılmasa Brent markalı neftin qiyməti 100 dollara yüksələ bilər.
JPMorgan-ın analitiklərinə görə, Moskvanın addımlarının təsiri ilə Brent markalı neftin qiyməti may ayında 90 dollara, sentyabrda isə 100 dollara çata bilər.