Yapon Yeni Dollara nisbətdə 1990-cı ildən bəri ən zəif səviyyədə olduğu üçün, məzənnəyə müdaxilə gözləntiləri artıb.

Çərşənbə günü Yapon yeni Dollar qarşısında təxminən 34 ilin ən zəif səviyyəsini görüb. Dollar/Yen məzənnəsi 151,97 səviyyəsini test edib. 

Marja xəbər verir ki, yen dollar qarşısında, 2022-ci ilin oktyabrında qeydə alınmış 151,95 səviyyəsindən də (əvvəlki rekord minimum) aşağı düşüb (daha da ucuzlaşıb).

Yaponiya rəsmiləri valyuta ilə bağlı sərt bəyanatlar veriblər. Maliyyə naziri Shunichi Suzuki bildirib ki, ölkə valyutaların qeyri-sabit hərəkətlərinə cavab verə bilər.