Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə yüklərin daşınması qiymətləri təxminən 40 faiz bahalaşıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, fevral ayında 40 futluq konteynerin daşıma qiyməti əvvəlki ayla müqayisədə 38,7 faiz artıb.

Qeyd edək ki, husi yaraqlılarının Hind okeanını Qırmızı dənizlə birləşdirən Bab əl-Məndəb boğazında gəmilərə hücumu daşıyıcıları Süveyş kanalından yayınmağa və Afrika ətrafında marşrut seçməyə məcbur edir. Bu, çatdırılma müddətinin on gündən çox uzanması, gəmilərin daha çox yanacaq istifadə etməsi və şirkətlərin sığorta xərclərini artırıb maaşlara daha çox xərcləməsi ilə nəticələnir. Qlobal daşımaların 10-12 faizi və qlobal neft tranzitinin təxminən 5 faizi Qırmızı dənizdən keçən nəqliyyat yolunun payına düşür.