Çinin “CRRC Changke” şirkəti hidrogen yanacağı ilə işləyən qatarı sınaqdan keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Qatar Çançunda (Şimal-Şərqi Çində əyalət) xüsusi xətt üzrə sınaqdan keçirilib. Qatar 160 km/saat sürətlə hərəkət edib.
Ekspertlər bildiriblər ki, sınaq Çinin dəmir yolu nəqliyyatı sənayesində hidrogen enerjisi texnologiyasının tədqiqi, inkişafı və tətbiqində mühüm mərhələdir.