Əslində məqalənin başlığı Jim Collinsin müəllifi olduğu “Yaxşıdan mükəmmələ doğru”
(Good to Great) kitabından götürülüb. Kitabda müəllif peşəkar şirkətlərin həyata keçirdiyi
altı illik tədqiqatın nəticələri haqqında yazır. Bu illər ərzində mükəmməl kompaniyalar
uğursuz kompaniyalarla müqayisə edilib və intellektual kapitalın ən qiymətli tərkib hissəsi
“insan kapitalı”dır – qənaətinə gəlinib.
Şirkətlərdə insan əməyinin təşkili və idarə olunması ilk zamanlar personalın idarə edilməsi
anlayışı ilə tanınsa da, sonradan artıq “klişe” şəklində hər kəsə məlum olan istehsalatda baş
verən yanaşmaların transformasiyası ilə yerini “İnsan Kapitalı” anlayışına vermişdi. Son on
illikdə isə bu termin şirkətlər tərəfindən keyfiyyətcə yeni mərhələyə keçərək “İnsan
Kapitalının idarə edilməsi” anlayışı kimi qəbul olunmağa başladı.
Kitab müəllifi uzunmüddətli araşdırmalar nəticəsində ən uğurlu şirkətlərin məhz onun
işçilərinə verdiyi dəyərlə xarakterizə edib. Araşdırmada əməkdaşlara şirkət dinamizminin
mərkəzi gücü kimi baxılır. Burada söhbət yalnız əməkhaqqı, sığorta, şəxsi inkişafla bağlı
deyil, həm də əməkdaşa verilən daxili və mənəvi dəyərlərdən gedir. İşçilər özlərini yalnız iş
mühitində deyil, həm də daxildə daha sağlam və produktiv hiss etməlidir. Araşdırmaya
əsasən, daxilində xəstəlik qorxusu yaşayan işçilərin effektlivlik dərəcəsi digərlərindən
olduqca fərqlənir. Elə bu səbəbdən də mükəmməl şirkətlərdə işçilər yalnız iş mühitində
deyil, həm də mənəvi mühitdə də sığortalanıblar. Şirkətlərin yaratdığı bu işgüzar mühit və
korporativ mədəniyyət insanları yaxşı işləməyə bioloji cəhətdən məcbur edir.
Bu cür sığorta növləri adətən işçilərin həyatını dünyanın hər bir nöqtəsində başına gələ
biləcək istənilən hadisədən, kritik xəstəliklərdən qoruyur. Xərçəng, miokard infarkt, böyrək
çatışmazlığı və digər 20-yə qədər xəstəlikdən, üstəlik işçinin başına gələ biləcək istənilən
hadisə zamanı onu təminat altına alır.
Bəs ölkəmizdə bu kimi sığorta növləri mövcuddur? Bəli. Ölkəmizdə Korporativ Həyat
Sığortası məhsulu mövcuddur ki, bu işçiləri kritik xəstəliklərdən və bədbəxt hadisələrdən
sığortalayır. İşçinin həyat və sağlamlığının qorunması iqtisadi əhəmiyyəti ilə yanaşı, ilk
növbədə sosial baxımdan xüsusi aktuallıq kəsb edən məsələdir. Ölkəmizdə bu sığorta
növünü seçən kifayət qədər şirkətlər var, bu isə həmin şirkətlərin öz işçilərinə verdiyi dəyər
və qayğını ehtiva edir.
Məhsul haqqında məlumatı daha ətraflı buradan əldə edə bilərsiniz:
https://pasha-life.az/products/korporativ-sigorta/