Ötən il ən çox qızılı Çin alıb (224 ton), bununla da ehtiyatlarını 2236 tona çatdırıb. İkinci yerdə Avstraliyadır, bu ölkə ehtiyatlarını 21 ton artıraraq 77,5 ton edib. Üçüncü yerdə isə 17 ton artımla və 804 ton ümumi ehtiyatla Hindistan gəlir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ümumilikdə, “Böyük iyirmilik” qızıl ehtiyatlarını 213 ton artırıb.
Rusiya qızıl ehtiyatlarını 16 ton artıraraq 2351 tona çatdırıb.
Meksika ehtiyatlarını 1 ton, Fransa isə 0,3 ton artırıb ki, yekunda müvafiq olaraq, onların 121 ton və 2437 ton qızıl ehtiyatları var.
Yalnız Türkiyə və Almaniyada ehtiyatlar müvafiq olaraq 60 ton və 2,5 ton azalıb. Türkiyədə 726,5 ton, Almaniyada isə 3356 ton qızıl ehtiyatı var.
Ən çox ehtiyat ABŞ-dadır (8133 ton). Başqa ölkələrin, o cümlədən İtaliya və Yaponiyanın ehtiyatları dəyişməz qalıb.