“Financial Times”ın adı açıqlanmayan məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, “OpenAI”nin illik gəliri 2 milyard dolları keçib. Qeyd edilir ki, çat-bot tərtibatçısı bu hədəfə 2023-cü ilin dekabrında çatıb. Eyni mənbələrə görə, şirkət bu il gəlirini iki dəfə artırmaq niyyətindədir.

Əgər planlar baş tutarsa, 2015-ci ildə qurulan “OpenAI” qurulduqdan sonra ilk on ildə 1 milyard dollardan çox illik gəlir əldə etməyi bacaran texnologiya şirkətləri arasında yer alacaq. Bu cür şirkətlərə, məsələn, “Google” və “Meta” daxildir.