Paytaxtın daha bir ünvanında evlər və obyektlər plana düşüb.
Bu barədə sözügedən ərazidə yaşayan sakinlər bildiriblər.
Qeyd edilib ki, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qəzalı vəziyyətdə olan binalar və iaşə obyektləri sökülərək yerində müasir tələblərə uyğun binalar tikiləcək.
Həmin ərazidəki yararsız obyektlər və evlərin kvadratmetri sahiblərindən 2000-2100 AZN-ə satın alınır. Üstəlik onlara yeni mənzillər inşa edilənə qədər kirayə pulu da ödəniləcək.
MƏNBƏBaku.ws