Bu ilin sentyabr ayında Rusiyanın əsas ixrac neft markası olan “Urals”ın bir bareli üçün orta qiyməti 83,08 ABŞ dolları təşkil edib, bu da 2022-ci ilin sentyabr göstəricisi (68,25 dollar) ilə müqayisədə 21,7% çoxdur.

Bu barədə “APA-Economics” Rusiyanın Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin yanvar-sentyabr aylarında “Urals” neftinin orta qiyməti 59,54 dollar təşkil edib, bu da illik müqayisədə 26,1% azalma deməkdir.

Qeyd olunur ki, 2022-ci ilin yanvar-sentyabr aylarında “Urals” neftinin orta qiyməti 80,58 dollar səviyyəsində olub.