Azərbaycanla Slovakiya arasında ikiqat vergitutma aradan qaldırılır.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.
Bu saziş vergitutma üsulundan asılı olmayaraq, razılığa gələn dövlət və ya onun inzibati-ərazi bölmələri və ya yerli hakimiyyət orqanları tərəfindən gəlirlərə görə tutulan vergilərə tətbiq edilir.
Sazişin tətbiq edildiyi mövcud vergilər xüsusilə aşağıdakılardır:
a) Slovakiya Respublikasında:
(i) fiziki şəxslərin gəlir vergisi;
(ii) hüquqi şəxslərin gəlir vergisi;
b) Azərbaycan Respublikasında:
(i) hüquqi şəxslərin mənfəət vergisi;
(ii) fiziki şəxslərin gəlir vergisi.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.