2023-cü ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,6% artaraq 4214,3 milyon manat olub.

Bu barədə “APA-Economics”ə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Qeyd edək ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3528,1 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 83,7%-ni təşkil edib.