Bu il Yaponiyada ərzaq qiymətlərinin artımı 2022-ci ilin səviyyəsini ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin aparıcı statistik mərkəzi sayılan “Teikoku Databank”ın hesabatında bildirilib.
Qeyd olunub ki, əgər 2022-ci ildə 25,7 min ərzaq məhsulunda qiymət artımı qeydə alınmışdısa, bu il bu rəqəm 31,8 min olub.
Qeyd edək ki, 2022-ci ildə Yaponiyada ümumilikdə ərzaq qiymətləri əvvəlki ilə nisbətən 14 faiz artıb.