Rusiyanın “Aeroflot” qrupuna daxil olan aviaşirkətlərin bron sistemində qlobal nasazlıq yaranıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Aeroflot” şirkətlər qrupu məlumat yayıb.

“Leonardo” bron sistemində nasazlıq səbəbindən “Aeroflot”, “Pobeda”, “Rossiya” şirkətlərinin sərnişinlərinin həm onlayn, həm də aeroportlarda qeydiyyata alınmasında problemlər yaranıb. Aviaşirkətlər sərnişinlərinə aeroportlara vaxtından əvvəl gəlməyi tövsiyə edir.

Qeyd edək ki, Rusiya aviaşirkətləri “Leonardo” sisteminə Qərb sanksiyalarından sonra keçib. Əvvəllər onlar ABŞ-ın “Sabre” və “Navitaire” sistemlərindən istifadə edirdilər.