Yeni Rəqabət Məcəlləsi təsnifləşdirilmiş məsuliyyət tədbirlərinin tətbiqi nəticəsində cəzanın çəkindirici məqsədinə nail olunmasını nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 28-də keçirilən iclasında çıxışı zamanı deyib.

Məmməd Abbasbəyli qeyd edib ki, təbii inhisar subyektləri üçün xüsusi maliyyə sanksiyaları, vəzifəli şəxslər üçün əlavə maliyyə sanksiyaların tətbiq ediləcək. “Sənədə əsasən yüngülləşdirici və ağırlaşdırıcı amillər müəyyən ediləcək. Qanunsuz gəlirlə bağlı əlavə maliyyə sanksiyası tətbiq olunacaq” , – deyə o əlavə edib.