Təmiz enerji potensialının kütləvi genişləndirilməsi nəticəsində 2030-cu il üçün yanar faydalı qazıntılara olan qlobal tələbat 25% azaldacaq.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) yenilənmiş Xalis Sıfır Yol Xəritəsinə (Net Zero Roadmap) istinadən xəbər verir.

Sənədə əsasən, qeyd olunan işlər nəticəsində 2050-ci il üçün isə yanar faydalı qazıntılara olan tələbat 80% azala bilər.

Bildirilir ki, müvafiq tədbirlər nəticəsində 2030-cu və 2050-ci illər üçün kömürə olan tələbat 2022-ci ildəki 5,8 mlrd. tondan müvafiq olaraq 3,25 mlrd. və 500 mln. tona enəcək. Öz növbəsində 2030-cu və 2050-ci illər üçün gündəlik neftə olan tələbat 2022-ci ildəki 100 mln. bareldən müvafiq olaraq 77 mln. və 24 mln. barelədək düşəcək. Qaza olan tələbata gələrək, qeyd olunur ki, bu göstərici 2030-cu və 2050-ci illər üçün 2022-ci ildəki 4,15 trln. kubmetrdən müvafiq olaraq 3,4 trln. və 900 mlrd. kubmetrədək enməlidir.

“Qlobal istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq məqsədini saxlamaq dünyanın sürətlə bir araya gəlməsini tələb edir. Yaxşı xəbər budur ki, biz nə etməli olduğumuzu və bunu necə edəcəyimizi bilirik. Ən son məlumatlara və təhlillərə əsaslanan bizin 2023 ilin Xalis SıfırYol Xəritəsi irəliyə doğru yol göstərir. Lakin bizim çox aydın mesajımız da var: Güclü beynəlxalq əməkdaşlıq uğur üçün çox vacibdir. Hökumətlər mövcud problemin miqyasını nəzərə alaraq iqlimi geosiyasətdən ayırmalıdırlar”, – BEA-nın icraçı direktoru Fatih Birol bildirib.

Hesabata əsasən, yeni sıfır yolu çərçivəsində illik qlobal təmiz enerji xərcləri 2023-cü ildəki 1,8 trln. ABŞ dollarından 2030-cu illərin əvvələri üçün 4,5 trln. dollara yüksələcək.