“Atəşgah” Sığorta Şirkətləri Qrupu loqosunda dəyişikliklər edib. 

Marja.az şirkət istinadən xəbər verir ki, loqoda Atəşgah məbədini simvolizə edən üçrəngli alov təsvirində və “Atəşgah Sığorta” yazılışı yenidən dizayn olunub.

“Tarixi əhəmiyyətli abidə olan Atəşgah məbədini simvolizə edən üçrəngli alov təsviri maliyyə bazarında parlaq, dinamik, fəal, ciddi, proqressiv və çevik fəaliyyət barədə ambisiyaları ifadə edir. Belə ki, alovda yer alan qırmızı rəng şövq və enerji, hədələrdən müdafiə və mübarizəni, narıncı rəng dinamiklik, səmimiyyət və fəallığı, sarı rəng proqressivlik və şəffaflığı bildirir”,, – Şirkətin məlumatında bildirilir.

Qeyd edilib ki, Şirkətin missiyası “Ən yeni peşəkar biliklərə yiyələnməklə əhalini və biznesi etibarlı maliyyə müdafiəsi ilə təmin etmək”, vizyonu isə “İnnovasiyalar sayəsində maliyyə sektorunda lider olaraq qalmaq, Azərbaycanın mədəni irsinin qorunub saxlanılması, ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaq”dır.