Azərbaycan Kolumbiyanın Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə kənd təsərrüfatında dronların, əşyaların internetinin tətbiqi, həmçinin kənd təsərrüfatında məhsuldarlığın artırılması istiqamətində təcrübəsini öyrənir.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.

O, həmçinin deyib ki, İsraildə də əşyaların bir istiqamətdən digər istiqamətə dronlar vasitəsilə çatdırılması sahəsində böyük uğurlar əldə olunub: “Bu texnologiyanın Azərbaycanda tətbiqi üçün qanunvericilikdə dəyişiklik olunması ilə bağlı qarşılıqlı əməkdaşlıq edirik”.