Joby Aviation Inc. kompaniyası Ohayo ştatında uçan elektrik taksilərinin kütləvi istehsalı ilə məşğul olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ştatın qubernatoru Mayk Devayn X (əvvəlki tviter) sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, regionda təməli qoyulan Aviation Inc. elektrik hava taksi zavodunda iki min işçi çalışacaq.
Şirkət nümayəndələri bildiriblər ki, kommersiya daşımaları üçün nəzərdə tutulan hava taksiləri Deyton Beynəlxalq Hava Limanının bazasındakı yeni obyektdə istehsal olunub sınaqdan keçiriləcək. Onlar bir pilot və dörd sərnişin üçün nəzərdə tutulub və saatda 322 kilometr sürətlə uça biləcək.
ABC telekanalı qeyd edir ki, Joby Aviation Inc. 2025-ci ildən başlayaraq ildə 500-dək uçan avtomobil istehsal etməyi planlaşdırır.