PAŞA Həyat təhsil sahəsində olan töhfəsinin gücləndirilməsi və gənc kadrların yetişdirilməsi
çərçivəsində universitetlərlə əməkdaşlığı uğurla davam etdirir.
Ölkənin lider həyat sığorta şirkəti olan PAŞA Həyat 2023-cü ilin birinci yarımilində Bakı Ali Neft
Məktəbi, ADA Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad
Universitetinin tələbələri üçün onların peşəkar inkişafına yönəldilmiş bir sıra tədbirlər təşkil
etmişdir. Eyni zamanda, həmin universitetlər tərəfindən təşkil edilən əmək yarmarkalarında aktiv
iştirak edərək tələbələrin gələcək karyera həyatlarına dair dəyərli töhfələr vermişdir.
Belə ki, cari ilin fevral ayından etibarən PAŞA Həyat ekspertləri tərəfindən İnvestisiya, Marketinq,
Korporativ Kommunikasiya, Audit, Agile metodologiyası, Hüquq və həyat sığortası məhsulları
üzrə müxtəlif bilik mübadiləsi sessiyaları təşkil olunmuşdur.
Universitetlərdə təşkil edilən karyera sərgiləri ilə yanaşı həmçinin PAŞA Həyat 30 mart tarixində Bakı
Regional Məşğulluq filialı tərəfindən Park İnn by Radisson Baku Hotelində təşkil edilmiş əmək
yarmarkasında da iştirak etmişdir. Sözügedən fəaliyyətin davamı olaraq şirkət 10-19 aprel tarixlərində
ADA Universitetinin nəzdində təşkil olunan “Məşğulluq həftəsində” (Employability Week) iştirak
edərək müxtəlif mövzuları əhatə edən təlimlər keçirib. Sonda keçirilən mövzularla bağlı imtahan
mərhələsi baş tutub və müəyyən meyarlar əsasında 5 tələbə qalib seçilərək sözügedən şirkətdə
təcrübə keçməyə şans qazanıblar.
Bundan əlavə, artıq ikinci ildir ki, PAŞA Həyat ADA Universitetində təşkil olunan “ABŞ Təhsilli
Azərbaycan Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında
Azərbaycan Biznes Keys müsabiqəsinin bürünc sponsoru olaraq çıxış edir. Mart ayından başlayan
müsabiqədə 4 nəfərdən ibarət komandalar real biznes keyslər əsasında yarışaraq yarımfinal və
final mərhələlərinə keçiblər. 17 iyun tarixində baş tutan final günündə ilk 3 yeri tutan
komandalar mükafatlandırılıb. Yarışmada analiz üçün tələbələrə real həyatda şirkətlərin
qarşılaşdıqları biznes problemləri əsasında yazılmış Harvard Business School-un keysləri təqdim
edilir. Biznes Keys Müsabiqəsi tələbələrin analitik və təqdimat bacarıqlarının inkişaf
etdirilməsində və karyera inkişafında çox önəmli rol oynayacaq bacarıqların aşılanmasında və
tələbələrə biznes idarəçilik vərdişlərinin öyrədilməsində əvəzsiz rol oynayır.
Tələbələrin peşəkar inkişafına töhfə vermək üçün PAŞA Həyat 31 Mart tarixində Bakı Dövlət
Universiteti, Aktuar riyaziyyat və Riyaziyyat ixtisaslarında təhsil alan tələbələri şirkətə dəvət
edərək onlar üçün “Aktuar Saatı” adlı bilik mübadiləsi sessiyası təşkil etmişdir.
Əmək yarmarkalarında sıx iştirak edən şirkət may, iyun və iyul ayları ərzində Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün
keçirilən yarmarkada, həmçinin “ASAN kadr” karyera mərkəzinin təşkilatçılığı ilə ASAN könüllülərinin 3-cü
Karyera Sərgisində iştirak etmişdir.
PAŞA Həyat gənc kadrlar yetişdirir
PAŞA Həyat gənc kadrlar yetişdirir
PAŞA Həyat gənc kadrlar yetişdirir
PAŞA Həyat gənc kadrlar yetişdirir
PAŞA Həyat gənc kadrlar yetişdirir
PAŞA Həyat gənc kadrlar yetişdirir
PAŞA Həyat gənc kadrlar yetişdirir
PAŞA Həyat gənc kadrlar yetişdirir
PAŞA Həyat gənc kadrlar yetişdirir
PAŞA Həyat gənc kadrlar yetişdirir
PAŞA Həyat gənc kadrlar yetişdirir
PAŞA Həyat gənc kadrlar yetişdirir