Dünya bazarında qızılın qiyməti cüzi dəyişib.

“Report” xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,03 % və ya 0,65 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 964,35 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,2 % azalaraq 1 unsiyası 24,775 ABŞ dolları təşkil edib.

İnvestorlar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı qərarını gözləyirlər.

Analitiklər FED-in uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 5,25-5,5 %-ə çatdıracağını, bununla da monetar sərtləşdirməyə keçəcəyini güman edirlər.