“Premıum Bank” 2023-cü ilin birinci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.

APA-Economics” banka istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısında “Premıum Bank” 5 milyon 112 min manat xalis mənfəət əldə edib. 2022-ci ilin müvafiq dövründə bank 78 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 4.8% artaraq 16 milyon manat, faiz xərcləri isə 4% artaraq 5,1 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri faiz gəlirləri 8.6 milyon manata ( illik müqayisədə 15.4% çox), qeyri faiz xərcləri isə 14.7 milyon manata(illik müqayisədə 18.2% çox) bərabər olub. Beləliklə bank 4.8 milyon manat əməliyyat mənfəəti qazanıb ki, bu da illik müqayisədə 10.8% və ya azalma deməkdir.

Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 6.4% artaraq 736.7 milyon manata yüksəlib. Cari ilin ilk 6 ayında “Premıum Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 7.7% və ya 33.4 milyon manat artaraq 470.4 milyon manata çatıb.

Bu dövrdə “Premıum Bank”ın cəmi öhdəlikləri 557.4 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 9.4% və ya 47.8 milyon manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 9.8% və ya 45.8 milyon manat artaraq 512.3 milyon manata çatıb. Şirkətlərin bankdakı əmənətləri 36.7 milyon manat və ya 29.2% artaraq 162.5 milyon manata, fiziki şəxslərin depozitləri isə 9.1 milyon manat və ya 2.8% artaraq 349.7 milyon manata yüksəlib.