Moskva birjasında hərraclar zamanı dolların məzənnəsi 91 rubldan yuxarı qalxıb.

Marja xəbər verir ki, bu 28 mart 2022-ci ildən bəri ilk dəfədir.

Rublun ucuzlaşması, iyun vergi dövrünün bitməsindən sonra ixracatçıların xarici valyuta satışlarını azaltmaları ilə sürətlənib. Həmçinin 23-25  iyun hadisələri də rubla təzyiqi artırıb.